Rusiyanın Transbaikal bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyulun 20-də Çitanın mərkəzində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, “Amur” və “Leninqrad” küçələrinin kəsişməsində, “Fiat Ducato” markalı mikroavtobusla “Toyota Probox” markalı minik avtomobili toqquşub.
Zərbənin şiddətindən mikroavtobus aşıb.
Qəza nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man