Astarada piyadanın ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 18-i saat 12 radələrində Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində qəsəbə sakini R.Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Möhübbət Şabanovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man