Abşeronda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Yol qəzaları 17 İyul 2020 | 09:18
OXUNUB: 812

Abşeronda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qobu qəsəbəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”nin sürücusü və digər avtomobildə olan xanım sərnişin hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı habelə daha bir neçə nəfər - 2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı, 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar. Qeyd edək ki, xəsarət alanlar Lökbatanda yerləşən "King market"in işçiləridir. 

Şahidlərin sözlərinə görə, qəzaya “VAZ- 2199”un sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man