İsmayıllıda “06” aşdı; ölən və yaralanan var - FOTO

Yol qəzaları 15 İyul 2020 | 21:14
OXUNUB: 1055

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 15:30 radələrində Qaraməryəm-İsmayıllı yolunun Kürdmaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kənd sakini, 1975-ci il təvəllüdlü Əkbərov Həsən Ağalı oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü ağır xəsarətlər aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sərnişin, 1975-ci il təvəllüdlü Tarverdiyeva Xanımqız Güləhməd qızı isə dünyasını dəyişib. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  (APA)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man