Ağsuda traktor aşıb, sürücü xəsarət alıb

Yol qəzaları 13 İyul 2020 | 08:09
OXUNUB: 801

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, sürücü, 32 yaşlı Niftəliyev Vüsal Alim oğlu traktorla kənd ərazisində hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Nəticədə traktor yoldan çıxaraq aşıb. Sürücü dərhal ətrafdakı insanların köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir​.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man