Rusiyanın Rostov əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Rostov-Don” – “Volqodonsk” avtomagistralının 67-ci kilometrliyində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, “KIA Cerato” və “VAZ-2112” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində 5 nəfər dünyasını dəyişib.
Faktla bağlı bölgə prokurorluğu tərəfində araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man