Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Velosipedlə hərəkət edən 1995-ci il təvəllüdlü Bədəlov Sərxan Məhəmməd oğlunu minik avtomobili vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.