Göyçayda 23 yaşlı oğlanı maşın vurub

Yol qəzaları 10 İyul 2020 | 20:01
OXUNUB: 853

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün Cəyirli-Bərgüşad-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. Ləkçılpaq kənd sakini Şaməddin İsayev idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolu keçən piyada, Yeniarx kənd sakini, 1997-ci il təvəllüdlü İbrahim Məmmədovu vurub.

Hadisə zamanı ağır xəsarət alan İbrahim Məmmədov Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man