Sərxoş sürücü yol kənarında qaçan 3 idmançını vurub öldürdü

Yol qəzaları 09 İyul 2020 | 13:27
OXUNUB: 735

Cənubi Koreya Respublikasında marafon iştirakçılarının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Seuldan 50 kilometr aralıda yerləşən İçhon şəhərində qeydə alınıb. Bu barədə iyulun 9-da “Yonhap” agentliyi polisə istinadən məlumat yayıb.

Məlumata görə, səhər saatlarında adı açıqlanmayan sərxoş sürücü idarə etdiyi minik avtomobillə, yol kənarında qaçan milli marafonun 3 iştirakçısını vurub. Qəza nəticəsində ağır xəsarətlər alan idmançılar, xəstəxanaya aparılarkən yolda vəfat ediblər.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man