İki qatar toqquşdu; azı 3 nəfər öldü, 30-dan çox yaralı var – FOTO + VDİEO

Yol qəzaları 07 İyul 2020 | 21:06
OXUNUB: 1614

Çexiyada iki qatarın iştirakı ilə baş verən qəza nəticəsində azı 3 nəfər ölüb, 30-dan çox insan isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə Pernink kəndi yaxınlığında qeydə alınıb. Bu barədə “iDnes.cz” portalı məlumat yayıb.

Məlumata görə, qəza Karlovıx Var şəhərindən Almaniyanın Yoxanqeorqenştadt şəhərinə hərəkət edən və eyni reysi digər istiqamətə həyata keçirən sərnişin qatarları arasında baş verib.

Bildirilir ki, qatarlar toqquşan zaman eyni rels xəttinin üzərində olublar.

Qəzadan sonra 20-dən çox insan, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar. Həkimlər bir neçə xəstənin vəziyyətinin ağır olduğundan, ölü sayının artacağını da istisna etməyiblər.

Hazırda qəza baş verən ərazidə əməliyyat-xilasetmə işləri başa çatıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man