Çeçenistanda minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Qroznı – İtum-Kali” avtomagistralının 65-67-ci kilometrliyində qeydə alınıb. Bu barədə iyulun 7-də respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, içərisində bir ailənin 4 üzvünün olduğu “Toyota Camry” markalı avtomobil, sürücünü idarəetməsindən çıxaraq təxminən 100 metr hündürlükdən Arqun çayının kənarına düşüb. Qəza nəticəsində ana və onun 2 azyaşlı uşağı aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər, sürücü – ata isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, ailə gecə saatlarında qonaqlıqdan evlərinə Qroznıya qayıdırlarmış.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man