Çay sahilinə enən “UAZ” aşdı; 6 nəfər xəsarət aldı - FOTO

Yol qəzaları 04 İyul 2020 | 09:51
OXUNUB: 1216

Yakutiya Respublikasında mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avosfer.az xəbər verir ki, qəza iyulun 3-də Xanqalassk rayonunda qeydə alınıb. Bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, Lena çayı sahilində yerləşən “Yakutiya - Lensk” trasında, sürücünün idarəetməsindən çıxan “UAZ” markalı mikroavtobus aşıb. Nəticədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilir ki, hadisə zamanı nəqliyyat vasitəsində 8 nəfər olub, onlardan 2-si azyaşlıdır.

Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Polisin araşdırmasına görə, çayın sahilinə düşən enişli yolda, maşının əyləcində nasazlıq yaranıb və bundan sonra qəza olub. Sürücü sükan arxasında sərxoş olub.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man