Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Qarayev Vaqif Vasya oğlunun ayağının üstündən avtomobil keçib.
Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan V. Qarayeva sağ ayağının pəncəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man