Rusiyanın Moskva əyalətində minik avtomobilinin və marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, qəza iyulun 1-də Çexov şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, taksi fəaliyyəti göstərən minik avtomobili, içərisində 15 sərnişinin olduğu, “Çexov – Vaulov” marşrutu ilə hərəkət edən “Qazel” markalı sərnişin avtobusu ilə toqquşub. Zərbənin təsirindən “Qazel” aşıb.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə şəhər xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man