Ermənistanda iki hərbçi qardaş aşan traktorun altında qaldı: 1-i öldü, 1-i yaralandı - FOTO

Yol qəzaları 29 İyun 2020 | 15:26
OXUNUB: 866

Ermənistanın Tavuş əyalətində traktorun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Shamshyan.com”a istinadən xəbər verir ki, qəza iyunun 28-də Arçvabed kəndi ərazisində qeydə alınıb. 

Məlumata görə, “DT-75” markalı traktorun aşması nəticəsində sürücü 30 yaşlı Akop Babasyan və onun 37 yaşlı sərnişini Karen Babasyan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıları, aşan traktorun altından, hadisə yerinə çağırılan “911” xidmətinin əməkdaşları çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər. Xəstəxanaya çatdırılan A.Babasyan aldığı ağır xəsarətlərdən orada ölüb.

Bildirilir ki, ölən və yaralanan doğma qardaş olublar, onlar hərbi hissələrin birində qulluq edirlərmiş.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man