Qubada iki yük avtomobili toqquşub, xəsarət alanlar var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində baş verib. Hadisə nəticəsində iki yük avtomobili toqquşub.
Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəyə səbəb "Azərişıq" ASC-yə məxsus xidməti avtomobilin qarşısına qoyunların çıxması olub. Nəticədə arxadan gələn "KamAZ" sürəti tənzimləyə bilmədiyindən "QAZ 53"ə çırpılaraq yoldan çıxıb.
Sürücülər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man