Bakıda məhkəmə əməkdaşının avtomobilini vurdular - FOTO

Yol qəzaları 28 İyun 2020 | 11:30
OXUNUB: 1488

İyulun 27-i paytaxtın Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib. Belə ki, qəzaya düşmüş 90-GD-044 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü Avtosfer.az-a açıqlamasında bildirib ki, qarşısına çıxan "Vaz 2107" markalı avtomobil onu çaşdırıb. Sürücü idarəetməni itirərək Səbail Rayon Məhkəməsinin qarşısında dayanmış 99-RN-002 qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobillə toqquşub. Nəticədə "Toyota"nın ön hissəsi, "İnfiniti"nin isə arxa hissəsi əzilərək xeyli miqdarda ziyan dəyib.

Hadisə yerinə gələn Səbail rayon DYP idarəsinin əməkdaşlarının ilkin araşdırmaları zamanı məlum olmuş ki, "Toyota" markalı avtomobilin sürücüsü yolayrıcının keçmə qaydalarını pozaraq qəzaya səbəb olub.

Qeyd edək ki, "İnfiniti" markalı avtomobil Səbail Rayon Məhkəməsinin xanım əməkdaşına məxsusdur.


Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man