Kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus TIR-la toqquşdu; 6 ölü, 12 yaralı - FOTO

Yol qəzaları 26 İyun 2020 | 19:28
OXUNUB: 1220

Türkiyənin Konya şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 26-da Yunak rayonunda qeydə alınıb.

Məlumata görə, kənd təsərrüfatı işçilərini daşıyan 14 M 0891 nömrə nişanlı mikroavtobus, hələlik müəyyən olunmayan səbəblərdən 42 P 0171 nömrə nişanlı TIR-la toqquşub. Zərbənin təsirindən mikroavtobus  deformasiyaya uğrayıb, yük maşını isə aşıb.

Qəzan nəticəsində 6 nəfər ölüb, daha 12-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadalarının köməkliyi ilə ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man