FOTO və VİDEO yenilənib.
<><><><><> 16:33<><><><><>
Tatarıstanda iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 26-da “Kazan - Şemordan” avtomagistralının 20-ci kilometrliyində Köhnə Koşakovo qəsəbəsi ərazisində qeydə alınıb. Bu barədə “Region-116” məlumat yayıb.
Məlumata görə, qoşqulu “Kamaz” markalı yük maşını, yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “Hyundai Sonata” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində yük maşınının sürücüsü və avtomobilin 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerinə vəfat ediblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man