axili İşlər Nazirliyi (DİN) Beyləqan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, iyunun 24-ü saat 08 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakini Sədiyar Eyvazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən qəsəbə sakini Ə.Mehdiyevi vurub və idarəetməni itirdiyindən Baş Mil kanalına aşırıb.
Sürücü hadisə yerində ölüb, Ə.Mehdiyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
S.Eyvazovun meyiti və avtomobil sudan çıxarılıb.
Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man