Bərdədə 15 yaşlı gənc otlaq sahədə işləyən zaman üstünə aşan traktorun altında qalaraq ölüb.
Avtosfer.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Yenidaşkənd kəndində baş verib.
Kənd sakini 2005-ci il təvəllüdlü Məmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyərkən ehtiyatsızlıqdan traktor onun üzərinə aşıb. Yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirərkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man