Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qəza iyunun 19-da saat 19 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində baş verib.
Ağstafa rayon sakini R.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş azyaşlı iyunun 20-də orada ölüb.
Araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man