Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qəza iyunun 20-də saat 16 radələrində Mürşüdoba kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini B.Məmmədovun idarə etdiyi “Renault” və kənd sakini Zakir Pirverdiyevin idarə etdiyi “Azsamand” markalı avtomobillər toqquşub.
Nəticədə Z.Pirverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man