Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Cəlilli kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən Cəlilli kənd sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Xəyyam oğlunu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man