Rusiyanın Moskva əyalətində məşhur aktrisa, “Səhrada ağ günəş altında” filmində rol alan Qalina Daşevskayanı qatar vurub. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, hadisə iyunun 18-də “Javoronki” dəmiryol stansiyasında qeydə alınıb.
Məlumata görə, 1941-ci il təvəllüdlü əməkdar artist, svetoforun qadağanedici siqnalında dəmir yolu keçidini keçməyə çalışarkən, “Qoliçno – Dubna” marşrutu ilə hərəkət edən sərnişin qatarı tərəfindən vurulub. Qalina Daşevskaya aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man