Dünyanın ən bahalı avtomobil şirkəti məlum oldu

Nəqliyyat xəbərləri 11 İyun 2020 | 09:03
OXUNUB: 2889

“Tesla”nın səhmləri 1000 dolları keçib, bu da onu dünyanın ən qiymətli avtomobil şirkəti edib.

Avtosfer.az xəbər verir ki, elektromobil şirkət 190 milyard dollar dəyərində hesablanaraq, “Toyota”nı keçir.

Hazırda onun dəyəri “Ford”, “General Motors”, “Honda” və “Fiat Chrysler”in birgə gəlirindən çoxdur.

Şirkət səhmlərinin qiyməti ilin əvvəlində əvvəlki qiymətlərə nisbətən çoxalsa da, sonra COVID-19-un səbəb olduğu istehsal çətinlikləri ilə əlaqədar qəfil düşmüşdü.

“Tesla” pandemiya səbəbindən Frimont (Kaliforniya) və Buffalodakı (Nyu-York) fabriklərini bağlamaq məcburiyyətində qalıb və Çində bu yaxınlarda açılan zavod da ilin əvvəlində bir neçə həftə fəaliyyətini dayandırmalı olub.

İlon Mask yerli rəhbərliyi onun fəaliyyətinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmadığı təqdirdə Kaliforniyanı tərk edəcəyi ilə təhdid etdikdən sonra şirkətin fabrikləri yenidən açılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man