Maşın sürmək üçün verilən etibarnamə ləğv olunsun - Deputatdan TƏKLİF

Nəqliyyat xəbərləri 01 İyun 2020 | 11:56
OXUNUB: 3083

"Avtomobilin idarə olunması üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”. Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Azər Badamov deyib. O bildirib ki, etibarnamə sovetdən qalma məsələdir: “İnkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə olan halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. Etibarnamə bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarə etmək məsələsinin ləğvini təklif edirəm”. 

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man