Baş Dövlət Yol Polisi İdarəsinin şöbər rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, qeyd olunan hər üç dövlət nömrə nişanı 2017-2018-ci illərdə nəqliyyat vasitələri başqa şəxslərin adına keçdiyi üçün DYP-yə təhvil verilib. Bu günə qədər həmin nömrələr heç kimə verilməyib.
DYP bildirir ki, bu cür informasiyaların heç bir əsası yoxdur: "Bir daha qeyd edirəm ki, dövlət nömrə nişanları yalnız DYP tərəfindən dövlət rüsumları ödəniıdikdən sonra satıla bilər. Kiminsə nömrə satması və ya şişirdilmiş qiymətlər göstərməsi düzgün deyil. Belə elanlara və ya məlumatlara inanmayın".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man