Sürücülərə benzinlə bağlı vacib izah; Aİ 92, yoxsa Premium? - VİDEO

Nəqliyyat xəbərləri 09 May 2020 | 22:15
OXUNUB: 26540

Azərbaycanda 95 aktan ədədli benzinin qiyməti ucuzlaşsada hələ də bir çox sürücü bu növ yanacaqdan istifadə etmək istəmir. Buna səbəb sürücülərin yanacağın oktan ədədi artırmağın avtomobilə ziyan verə biləcəyini düşünməsi və ya hələ də 20 qəpiklik fərqə görə qənaət etdiyini düşünməsidir. Mütəxəssislər isə sürücülərin premium markalı benzinlə daha çox qənaət edə biləcəyini və avtomobillərinin də hər zaman saz ola biləcəyini bildirirlər.

1 maydan etibarən Azərbaycanda ''Aİ-95'' maraklı yanacaq daha 10 qəpik ucuzlaşaraq, bir litri 1 manat, 10 qəpik olsa da hələ də bəzi sürücülər avtomobillərinə bu növ yanacağı tökməkdə tərəddüd edirlər.

Mütəxəssislər isə sürücülərin narahatlığının əsasız olduğunu bildirir. Avtomabil ustası Sahil Ağabəylinin sözlərinə görə 1992- ci ildən sonra istehsal edilmiş bütün avtomobillərdə premium markalı benzin istifadə edilməlidir.

Ustanın sözlərinə görə yalnız 2000-ci ildən əvvəl istehsal edilmiş Rusiya istehsalı maşınlara premium benzindən istifadə tövsiyyə edilmir.

Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə isə sürücülər premium markalı yanacağla hətta daha çox qənaət edə bilərlər.

Ustanın sözlərinə görə sürücülər premium markalı yanacaq istifadə edərlərsə, avtomobilin yanacaqla bağlı olan detallarınının istifadə müddəti də uzanar. Bunun özü də bir növ qənaətdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man