Sürücülərin nəzərinə: Bu yolda hərəkət qaydaları dəyişdirildi - FOTO

Nəqliyyat xəbərləri 08 May 2020 | 12:30
OXUNUB: 1641

Bakının Tbilisi prospektində “Şamaxinka” adlanan ərazidə yol hərəkəti qaydalarında dəyişiklik edilib. Bu barədə məlumat sosial şəbəkədə sürücülər tərəfindən paylaşılıb. Paylaşım edən şəxs Sumqayıt istiqamətindən paytaxta giriş edən avtomobillər üçün “Şamaxinka”da “Alov” zavoduna çatmamış qoyulan geriyə dönmə nişanının ləğv olunduğunu qeyd edib.

Vurğulanır ki, bunu bilməyən sürücülər oradan geri döndüyü üçün cərimələnir. 

Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində yol hərəkəti qaydalarına müəyyən dəyişikliklər edilib:

“Bakının “20 Yanvar” dairəsi kimi tanınan ərazisində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulub. Artıq müəyyən tədbirlər görülüb. Bildiyiniz kimi, sözügedən ərazidə yolun genişləndirilməsi, asfalt örütyünün yenilənməsi işləri aparılır. Sürücülər geri dönmək üçün “20 Yanvar” körpüsünün altından keçə bilər”.

 

Oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man