Balakən polisi “011”dən marixuana aşkarladı - FOTO

Nəqliyyat xəbərləri 29 Aprel 2020 | 16:30
OXUNUB: 3523

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən şəhər sakini 22 yaşlı İslam Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırmalarla İ.Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib. O da şübhəli şəxs qismində saxlanılıb və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış keçirilən zaman 14,22 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man