Azərbaycanda 9 qəpiklik neftdən alınan benzin niyə 90 qəpiyə satılır?

Nəqliyyat xəbərləri 24 Aprel 2020 | 13:15
OXUNUB: 2672

Məlum olduğu kimi, hazırda Azərbaycanda istehsal olunan və daxili bazarda satılan Aİ-92 markalı avtomobil benzininin 1 litrinin pərəkanda satış qiyməti 90 qəpiyə, dizelin 1 litrinin pərəkanda satış qiyməti isə 60 qəpiyə bərabərdir.

Avtosfer.az xəbər verir ki, Azərbaycanda hasil olunan xam neftin 1 litrinin maya dəyəri benzininin pərəkanda satış qiymətindən 10 dəfə, dizelin pərəkanda satış qiymətindən 6,7 dəfə aşağıdır. Belə ki, açıqlanan son məlumata görə Azərbaycanda hasil olunan (SOCAR tərəfindən) 1 litr xam neftin maya dəyəri 9 qəpiyə bərabərdir.

Məlumat üçün bildirək ki, 1 barel (159 litr) xam neftdən təxminən 120-130 litrə qədər avtomobil yanacağı (benzin və dizel) istehsal etmək mümkündür. Bu, həm də o deməkdir ki, istehsal prosesi zamanı çəkilən xərcləri (daşınma, işçi qüvvəsi və s.) nəzərə almasaq benzinin 1 litri üçün istifadə olunacaq xam neftin maya dəyəri 9 qəpikdən baha ola bilməz.

Qeyd edək ki, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən çıxış qiyməti ( şirkətdaxili tarif) qeyd olunur. Hazırda 9 qəpiklik neftdən əldə olunan 1 litr Aİ-92 markalı benzin şirkətdaxili qiyməti 47 qəpiyə, dizelin şirkətdaxili qiyməti isə 31,5 qəpiyə bərabərdir.

Onu da bildirək ki, Aİ-92 markalı benzin və dizel pərəkanda bazara daxil olana kimi şirkətdaxili qiymətin üzərinə müxtəlif vergi və rüsumlar əlavə olunur.

Hazırda Aİ-92 markalı benzin şirkətdaxili qiymətinin üzərinə 42% aksiz vergisi (20 qəpik) və 1,1 qəpik təchizat (daşınma) tarifi əlavə olunur. Nəticədə topdansatış məntəqəsinə daxil olan Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 68,1 qəpik olur. Tarif Şurasının müəyyən etdiyi topdansatış qiyməti isə bundan 12,2 qəpik çoxdur - 80,3 qəpikdir. Topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkandə satışda isə Aİ-92 markalı benzinin 1 litri 90 qəpiyə satılır.

Dizelin şirkətdaxili qiymətinin üzərinə isə 18% aksiz vergisi (5,6 qəpik) və 1,1 qəpik təchizat (daşınma) tarifi əlavə olunur. Nəticədə topdansatış məntəqəsinə daxil olan dizelin 1 litrinin qiyməti 38,2 qəpik olur. Tarif Şurasının müəyyən etdiyi topdansatış qiyməti isə bundan 6,8 qəpik çoxdur - 45 qəpikdir. Topdansatış qiymətinin üzərinə isə hər litr üçün 1,8 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkanda satışda isə dizelin 1 litri 60 qəpiyə satılır.


Yeniavaz.com

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man