Bakıda “Porsche”nin ən sürətli elektrik sedanı təqdim edildi - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 21 Aprel 2020 | 11:00
OXUNUB: 1462

COVID-19 pandemiyası səbəbindən Azərbaycanda ilk dəfə olaraq təqdimat mərasimi onlayn keçirildi.

“Porsche” Bakı Mərkəzi hər kəsin gözlədiyi 2019-cu ildə “İlin avtomobili” mükafatı alan tam elektriklə çalışan yeni “Taycan” modelini təqdim etdi. “Taycan Turbo S” modeli Azərbaycanda satışda olan ən sürətli sedan avtomobili oldu.

Yeni “Taycan” modelləri iki elektrik mühərriki ilə təchiz olunub və ən yüksək komplektasiyada toplam 560 kVt (761 at gücü) və 1050 Nm fırlanma anı hasil edir. “Taycan Turbo S” 0-dan 100 km/2,8 san təşkil edir. Bu göstəricilər superkar avtomobillərin göstəricilərinə bərabərdir.

 

Avtomobilin alt hissəsində 800 voltluq yüksək performanslı batareya quraşdırılıb. Bu cür konstruksiya sayəsində “Porsche” mühəndisləri ağırlıq mərkəzini çox aşağı səviyyədə tuta bildilər. Buna görə avtomobil döngələrdə fenomenal idarəetmə bəxş edir. 

“Porsche” standartlarına uyğun olan müvafiq elektrikdoldurma məntəqələrinin vasitəsilə avtomobilin batareyasının tam dolmasına 23 dəqiqə sərf olunur. Tam dolu batareya ilə avtomobil 400-450 km məsafə qət edə bilir.

Bu cür elektrikdoldurma məntəqələri hazırda “Porsche” Bakı Mərkəzinin ərazisində quraşdırılır və çox yaxın zamanda şəhərimizin bir çox nöqtələrində quraşdırılacaq.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man