Bakıda film kimi əməliyyat - Avtoxuliqan belə saxlanıldı - VİDEO

Nəqliyyat xəbərləri 17 Aprel 2020 | 19:18
OXUNUB: 18464

Bakıda narkotik vasitələrin təsiri altında oğurluq maşınla şou göstərən və polislərə xəsarət yetirən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, Abşeron rayon sakini Əbülfət Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin aprelin 17-də gecə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol-Patrul Xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra saat Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobilin əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.

Qeyd edək ki, sürücü saxlanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücum etməyə cəhd edib. Lakin YPX zabitləri Mehdi Hacıyev, Nicat Hadiyev və Röyal Sarıyevin çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib. Qeyd edək ki, adları çəkilən YPX zabitləri ötən ilin iyun ayında Binəqədidə "Mercedes" markalı avtomobildə sərnişini güllələyib qaçmağa çalışan şəxsin tutulmasında da fəail iştirak ediblər.

Onu da bildirək ki, Ramazan Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları “Təhlükəsiz şəhər” kameraları vasitəsilə lentə alınıb. Araşdırma zamanı Ramazan Ağabəyovun aqaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man