Maşının nömrəsini saxtalaşdırmaq istəyən futbolçu klubdan qovuldu - FOTO - VİDEO

Nəqliyyat xəbərləri 15 Aprel 2020 | 09:45
OXUNUB: 1089

Çinin "Quançjou Everqrand" klubu futbolçu Yuy Han Çao ilə yollarını ayırıb.

Avtosfer.az xəbər verir ki, "Report"un məlumatına görə, buna polisin 33 yaşlı yarımmüdafiəçini avtomobilindəki nömrə işarəsini dəyişməyə cəhd edərkən yaxalaması səbəb olub. 

Onun klubun intizam qaydasını ciddi pozduğu açıqlanıb.

Təcrübəli oyunçu 15 gün müddətinə azadlıqdan məhrumetmə, 700 dollar və 12 bal cəriməyə məruz qalıb. 

 

 

O, yol hərəkətindəki məhdudiyyətlərdən qaçmaq üçün maşınının nömrəsindəki "E" hərfini "F"lə dəyişməyə çalışıb. Hazırda Quançjouda nəqliyyat vasitələrinin yalnız ardıcıl 4 gün sürülməsinə icazə verilib. Növbəti 4 gün isə sürücülər maşınlarından yararlanmamalıdırlar.

Qeyd edək ki, Yuy Han Çao "Quançjou Everqrand"da 2014-cü ildən forma geyinirdi. O, 2009-cu ildən cəlb olunduğu Çin millisində 59 oyuna 9 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man