İşdən evə qayıdan YPX inspektoru atəşə tutuldu

Nəqliyyat xəbərləri 10 Aprel 2020 | 12:05
OXUNUB: 1021

İnquşetiya Respublikasında naməlum şəxslər Yol Polis Xidmətinin (YPX) əməkdaşının olduğu maşına atəş açıblar. Avtosfer.az xəbər verir ki, insident aprelin 10-da gecə saatlarında Nazran şəhərində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, polis inspektoru işdən evə qayıdan zaman naməlum şəxslər Respublika YPX postu yaxınlığında ona silahdan atəş açıblar. Hadisə zamanı o xəsarət almayıb.

Bildirilir ki, şübhəlilərdən biri saxlanılıb.

İlkin ehtimallara görə, hücum şəxsi münasibətlər zəmində baş verib.

Araşdırmalar aparılır.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man