“Audi” avtomobil şirkəti Rusiya bazarlarından 833 ədəd “TT” modellərini geri çağırır. Avtosfer.az xəbər verir ki, bu 2015 - 2019-cu illərdə realizə olunmuş avtomobillərə şamil edilir. Bu barədə “Rosstandart” məlumat yayıb.
Bildirilir ki, çağırışa səbəb, nəqliyyat vasitələrində yol qəzası zamanı yanacaq çənində zədələnmə və germetikliyin itirilməsi ehtimalıdır. Belə olarsa yanacaq sızması və yanma baş verə bilər.
Avtoservisə düşən model sahibləri, avtomobillərini yaxınlıqdakı servis mərkəzlərinə gətirərək nasazlığı pulsuz təmir etdirə bilərlər.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man