Almaniyanın aparıcı avtomobil istehsalçısı BMW koronavirusun yayılması ilə əlaqədar Avropadakı zavodlarının işini 4 həftəlik dayandıracaq.
Avtosfer.az-ın məlumatına görə “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Şirkətin rəhbəri Oliver Zipse bildirib ki, Avropadakı müəssisələrlə yanaşı, Cənubi Afrikadakı “Rosslyn” zavodunun da işinə aprelin 19-dək fasilə verilməsi planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl Almaniyanın “Volkswagen”, “Audi” və “Daimler” kimi avtomobil istehsalçıları da Avropadakı zavodlarında işi dayandırmışdı.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man