Azərbaycanda Rusiya nömrəli “Mercedes”lə “avtoş”luq edən sürücü tutuldu - FOTO

Nəqliyyat xəbərləri 16 Mart 2020 | 14:07
OXUNUB: 1396

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən Həsənov Elvin Valeh oğlunu saxlayıb. DYP-dən Avtosfer.az-a verilən məlumata görə, 30 yaşlı Elvin Həsənov idarə etdiyi “Mercedes” markalı, T 002 ME 06 nömrə nişanlı avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətlərinə yol verib. O, əhalinin dincliyini pozan qərəzli hərəkətlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yol polisi tərəfindən saxlanılan sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Şəmkir rayon Məhkəməsinin qərarı ilə Elvin Həsənov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimələnib.

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man