Koreya avtomobil istehsalını kəskin azaldıb

Nəqliyyat xəbərləri 13 Mart 2020 | 12:55
OXUNUB: 1306

Bu ilin fevral ayında Cənubi Koreyada avtomobil istehsalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,4% azalaraq 189 min təşkil edib.

Avtosfer.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Cənubi Koreyanın Sənaye, Ticarət və Energetika Nazirliyi bu cür kəskin azalmanı koronavirus epidemiyası səbəbindən Çindən ehtiyat hissələri və komponentlərinin tədarükündə problemlərin olması ilə izah edir. Bu, həmçinin birbaşa olaraq istehlakçıların “əhvalına” da təsir edib. Bundan əlavə, ölkədə avtomobil zavodları müvəqqəti olaraq dayandırılıb.

Nəticədə, daxili bazarda satışlar 18,8% azalaraq 97 min avtomobil təşkil edib. Bununla belə, epidemiya konkret olaraq 33 min vahid azalmaya səbəb olub. Ölkənin fevralda avtomobil ixracı 25% azalaraq 123 minə enib.

Qeyd edək ki, Cənubi Koreya (Çin istisna) Asiyada koronovirusa yoluxmuş insanların sayına görə liderdir – virusa təxminən 8 min adam yoluxub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man