Tam yeni "Land Rover Discovery Sport 2020" təqdim edildi və yeni satış qiymətləri açıqlandı - VİDEO

Nəqliyyat xəbərləri 10 Mart 2020 | 16:10
OXUNUB: 1456

Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi nümayəndəsi “Avtolüks Azərbaycan” diler mərkəzinin fəaliyyətə başlamasının 1illiyi astanasında Land Rover model cərgəsində kompakt və universal lüks SUV kimi mövqeləşən Tam Yeni Land Rover Discovery Sport 2020 modelini təqdim edib. Təqdimat Buta Palace-da Azeri Business Award 2019 Milli mükafatlarının təqdimat mərasimində baş tutub. Mərasimdə Land Rover model cərgəsinə aid başqa bir avtomobil Range Rover Velar isə ekspertlərin yekdil rəyinə əsasən “İlin Lüks Avtomobili” nominasiyası üzrə qalib elan edilib.

Rəsmi dilerin təmsilçisi təqdimat mərasimində Jaguar və Land Rover avtomobillərinə sahib olmaq istəyənlərə maraqlı olacaq daha bir məlumat açıqlayaraq bildirib ki, “Avtolüks Azərbaycan” Jaguar və Land Rover Rəsmi Satış və Servis Mərkəzinin Azərbaycanda fəaliyyətə başlamasının 1 illiyi münasibətilə bütün Jaguar və Land Rover modelləri üçün yeni və çox sərfəli qiymətlərlə satış kampaniyasına start verir. İndi avtomobilsevərlər “Land Rover” modellərini 47.600 USD-dan, “Jaguar” modellərini isə 46.800 USD-dan başlayan qiymətlərlə əldə edə bilərlər. Avtomobillərə həmçinin 20% ilkin ödəniş, illik 12% olmaqla 4 ilədək kreditlə də sahib olmaq mümkündür.

Xatırladaq ki, 2012-ci ildən fəaliyyətə başlayan və ölkəmizdə Ferrari, Aston Martin, Lamborghini, Jeep, Dodge, Chrysler, Alfa Romeo, Abarth, Fiat və Fiat Professional kimi brendlərin rəsmi nümayəndəsi olan “Avtolüks Azərbaycan” MMC 2019-cu ilin mart ayından etibarən dünya şöhrətli Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi distribüteridir. Jaguar və Land Rover brendlərinin təmsilçisi olaraq fəaliyyətinin 1 ili ərzində şirkət İstehsalçının xidmət standartlarına tam riayət etməklə peşəkar satış və servis komandası ilə müştərilərinə hər iki istiqamətdə üstün xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi bacarıb.

Ünvan: Bakı şəh., Aşıq Molla Cümə 42B

Telefon: 012 983 / 055 983 0 983

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man