“Toyota” 1,8 milyon avtomobili geri çağırır

Nəqliyyat xəbərləri 05 Mart 2020 | 11:45
OXUNUB: 1084

Yaponiyanın “Toyota” avtokonserni çağırış kompaniyasını genişləndirib. Avtosfer.az xəbər verir ki, şirkət əvvəlcə yanacaq nasosunda yaranmış qüsura görə, ABŞ-dan 696 min “Toyota” və “Lexus” avtomobillərini geri çağırmışdı, hazırda bu say 1,8 milyona çatdırılıb. Bu barədə martın 5-də şirkətin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl, geniş miqyaslı çağırışa səbəb olan qüsur aradan qaldırılmadığı təqdirdə, mühərrikin qeyri-sabit işləməsi, bəzi hallarda onun tamamilə sönməsinə və son olaraq da ciddi qəza riskinin artmasına gətirib çıxara biləcəyi bildirilmişdi.

İndi pulsuz təmirə, 1,8 milyon ədəd 2013–cü ildən 2017-ci ilə qədər istehsal olunan avtomobillər düşür.

Çağırış, “Toyota”dan “4Runner”, “Camry”, “Highlander”, “Land Cruiser”, “Sequoia”, “Sienna”, “Tacoma”, “Tundra”, “Avalon” və “Corolla”, “Lexus”dan isə – “LS 500”, “LC 500”, “RC 350”, “RC 300” modellərinə şamil edilir.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man