“Peugeot 208” “Car of the Year 2020” yarışmasının qalibi olub. Avtosfer.az xəbər verir ki, həmçinin, Avropanın ən yaxşı avtomobil mükafatına, “BMW 1-Series”, “Ford Puma”, “Porsche Taycan”, “Renault Clio”, “Tesla Model 3” və “Toyota Corolla” layiq görülüblər.
Səsvermə, 23 ölkədən 60 mütəxəssisin təmsil olunduğu beynəlxalq münsiflər heyəti arasında keçirilib. “Peugeot 208” 2012-ci ilin mart ayında Cenevrə avtosalonunda təqdim edilib.
Qeyd edək ki, “İlin Avropa avtomobili”, bir qrup avropalı avtomobil jurnalisti tərəfindən verilən beynəlxalq avtomobil mükafatıdır. “Car of the Year” yarışması 1963-cü ildən keçirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man