“BMW” 191 ədəd avtomobilini geri çağırır

Nəqliyyat xəbərləri 22 Fevral 2020 | 15:00
OXUNUB: 1517

“BMW” şirkəti Rusiyadan 191 ədəd “M5” sedanı və “M8” kupe modellərini geri çağırdığını elan edib. Avtosfer.az xəbər verir ki, çağırışa 2019-cu ilin fevralından dekabr ayına qədər realizə edilmiş avtomobillərə şamil edilir. Bu barədə “Rosstandart” saytı məlumat verib. 

Məlumata görə, buna səbəb sürət qutusunda yaranan nasazlıqdır. Mümkün nasazlıq aradan qaldırılmazsa, sürət qutusu əvvəlcə qəza rejiminə, sonra isə neytral vəziyyətə keçəcək və yenidən işə salındığında mühərrik kilidlənəcək.

Şirkət, çağırışa düşən avtomobil sahiblərinə ən yaxın diler mərkəzlərinə gəlmələri barədə bildiriş göndərəcək.

Bundan əlavə, avtomobilin çağırışa düşüb-düşməməsi barədə “Rosstandart”ın səhifəsindəki VİN-nömrə siyahısı ilə öyrənə bilərlər.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man