“Toyota” Çindəki üçüncü müəssisəsini işə saldı

Nəqliyyat xəbərləri 18 Fevral 2020 | 12:55
OXUNUB: 841

“Toyota Motor” şirkəti Çində malik olduğu dörd müəssisədən üçüncüsünü yenidən işə salıb.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, ölkənin şimalındakı Tiancin şəhərində yerləşən müəssisə hissələrin gətirilməsindəki çətinliklər üzündən ilk vaxtlarda tam gücü ilə fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Quanjou (Quanqdonq əyaləti) və Çanqçun (Cilin əyaləti) şəhərlərində yerləşən daha iki müəssisəsini ötən gün işə salan “Toyota” Chenqdu (Siçuan əyaləti) şəhərindəki dördüncü müəssisəsini fevralın 24-dən çalışdıracağı gözlənilir. Müəssisələrin fəaliyyəti koronavirus üzündən dayandırılmışdı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man