Azərbaycanda “Gelandewagen”lə şou göstərən Ərəb Şeyxi yenə diqqət çəkdi - VİDEO

Nəqliyyat xəbərləri 16 Fevral 2020 | 00:15
OXUNUB: 1605

Qeyri-adi hərəkətləri ilə gündəmə gəlməyi bacaran Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum yenidən diqqət çəkib.  

Avtosfer.az Unikal.org-a istinadən  xəbər verir ki, Azərbaycanda “Gelandewagen”lə şou göstərən ərəb şeyxi  bu dəfə sükan arxasında olarkən avtomobilini dayandırıb və dəvələri səsləyib. Onun yanına gələn dəvələri ağzından öpüb. 

Qeyd edək ki, 2017-ci ildə Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum Azərbaycanda “Gelandewagen”lə “Şaqman” markalı yük maşınını dartıb. Maraqlısı ondadır ki, yük maşını qumla dolu olub.  

Xatırladaq ki, “Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. “Forbes”in “dünyanın ən zəngin varisləri” siyahısında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir. 

Şeyxin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycana gəlib. Əl-Maktum Azərbaycanın müxtəlif rayonlarında ovçuluqla məşğul olub. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man