“Kia” yeni nəsil “Sorento”-nun şəkillərini təqdim etdi - FOTO

Nəqliyyat xəbərləri 13 Fevral 2020 | 11:07
OXUNUB: 2468

“Kia” şirkəti yeni “Sorento” modelinin ilk rəsmi şəkilləri təqdim etdi. Nəhayət ki, avtomobili tam görmək mümkündür, bundan əvvəl “Kia” yalnız tizerlərlə maraq doğururdu.

Avtosfer.az xəbər verir ki, avtomobil ən çox görünən xarici elementi – onlara məxsus “pələng gülüşü” üslubundadır. Radiator barmaqlıqları isə böyük hüceyrələr formasındadır.

Avtomobilin arxa hissəsində diqqəti xrom detallar cəlb edir. Bu da, digər Kia modellərinə məxsus dizayndır, xüsusən ProCeed-a modelində olduğu kimi. Şaquli formasında fənərləri isə koreyalılar “futuristik” adlandırır.

“Kia” şirkəti bildirib ki, yeni flaqman krossover əvvəlkindən daha böyük olacaq: "öz seqmentində rahatlıq və müasir avadanlıq üçün yeni standartlar qoyacaq". Lakin, avtomobilin ölçüləri haqqında konkret rəqəmlər yoxdur.

Ötürücü qolu əvəzinə - yuvarlaq “yuyucusu” formasındadır, onun yanında isə sürücülük rejimlərinin seçicisi və "park əyləci" açarı yer alıb.

Mərkəzi ekran geniş və təsir edici diaqonaldır. Lakin, koreyalılar ölçüləri haqqında məlumat verməyiblər. Sürücünü gözü önündə isə - yeni dizaynda “Supervision” cihazlar paneli yer alıb.

Nazim Nadiroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man