“Brabus” zirehli “Mercedes G-klass” istehsal edəcək - FOTO

Nəqliyyat xəbərləri 12 Fevral 2020 | 15:40
OXUNUB: 1652

 

Tüninq şirkəti olan “Brabus” yeni “İnvicto” adlı subbrend yaradıb, güllə keçirməyən avtomobillərin instehsalı həmin atelyedə baş tutacaq.

Avtosfer.az xəbər verir ki, hazırlanan zirehli “G-Class” tam olaraq VR6 Plus standartlarına cavab verir. Buda o deməkdir ki, avtomobil “Kalaşnikov” güllələrindən atəşə dözməyə qadirdi.

Şirkətdə vurğulandığı kimi, fabrik zirehləri baxımından aşağı olmayan bir qoruyucu sistem yaratmağı bacardılar. Bütün detalların bərkidilməsi sorunsuz bir üsulla bir necə qat ilə həyata keçirilib.

Zirehli dəstin çəkisi avtomobillə birgə təxminən bir tondur. Yolsuzluq yüklərinə tab gətirmək üçün tüninq-atelye maşının şassi sistemini gücləndirib. Avtomobilin arxa və qabaq asması üçün mükəmməl yaylar quraşdırılıb.

Yeni model iki versiyada təklif ediləcək: yolsuzluq üçün “Mission” və dəbdəbəli “Luxury”. Birinci versiya damda əlavə işıqlandırma ilə fərqlənir, ikincisi isə “Brabus” bazasında hazırlanmış 4,0-litrlik Biturbo, V8, 800 at gücünə malik mühərriklə təchiz edilib.

Zirehli avtomobillərin istehsalı kiçik sayda olacaq və çox güman ki, sifarişlə hazırlanacaq. Yenilik bu ilin ilk yarısında satışa çıxarılacaq, lakin qiyməti haqqında məlumat verilmir.

Nazim Nadiroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man