Hava ilə bağlı DYP və ETSN-dən xəbərdarlıq – Yollar buz bağlayacaq

Nəqliyyat xəbərləri 07 Fevral 2020 | 22:56
OXUNUB: 2228

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva son günlər müşahidə olunan hava haqqında məlumat açıqlayıb. O eyni zamanda qarşıdakı günlərdə gözlənilən hava proqnozu barədə də danışıb. O bildirib ki, bu günlərdə hava şəraitində sadəcə 30 il öncə alimlərin xəbərdarlıq etdikləri hadisələr baş verir: “Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidləriyik. El deyimi ilə qışın ən soyuq dövrü olan kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi temperatur müşahidə edilməyib. İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Bizə müraciət edərək soruşurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək. Bu sualın birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur. Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir müşahidə edilir. Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də qeyd edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu əsil yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın 2 gün ərzində fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər.

Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək. Belə ki, uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə olsa da respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq. Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləri hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturların xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacaqdıq ki istənilən hava gözlənilməz olmasın”.

Baş DYP İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsindən Avtosfer.az-a bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir: “Sürücülər hava şəraitini mütləq nəzərə almalı, texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmamalı, hərəkətdə olarkən sürət həddini mütləq yol və hava şəraitinə uyğun seçməlidirlər.

Qarlı, yaxud buzlu yollarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərdən isə xahiş olunur ki, bu günlərdə ümumiyyətlə sükan arxasına əyləşməsinlər.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man