“Hummer”lər qayıdır -Tam yeni formatda

Nəqliyyat xəbərləri 02 Fevral 2020 | 10:45
OXUNUB: 1436

Yeni “Hummer”in təqdimatı artıq bu il mayın 20-də olacaq. Lakin avtomobillərin müştərilərə seriyalı çatıdırılması 2021-2022-ci ildə baş tutacaq.
Yeni “Hummer”lər benzinlə işləyən yolsuzluq avtomobilləri yox, elektrik pikapları olacaq. Bundan əlavə, “Hummer” bundan daha müstəqil marka olmayacaq, bir model kimi GMC brendinin tarixini davam etdirəcək.
Qeyd edək ki, GMC məhz pikap və yolsuzluq avtomobillərinin istehsalında ixtisaslaşıb. Yeni avotmobillər “GM”in vətəni Detroyt şəhərində hazırlanacaq. Bunun üçün “Detroit-Hamtramck Assembly” zavodu kökündən modernizasiya olunacaq.
“GM Authority” saytı əmin edir ki, mühərrikin gücü 1000 at qüvvəsinə, avtomobilin yerindən sürət götürməsi isə 3 saniyədən az müddətdə 60 mil/saata (97 km/saat) çatacaq. Bir dəfə tam doldurulmuş elektrik enerjisi təxminən 400 mil (640 km) yolu qət etməyə bəs edəcək.
Yəni bir dəfəyə Azərbaycanın bu başından digərinə rahat getmək olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man